Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər - sonra qarət etdilər

Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər - sonra qarət etdilər


Bakının Binəqədi rayonunda yaşayan ər-arvad soyğunçuluğun qurbanı olub.[b][/b]

Gecce.az xəbər verir ki, bu barədə Oxu.Az-a Rayon Polis İdarəsindən xəbər verilib.

Alınan məlumata görə, mayın 26-na keçən gecə hasarın üstündən atlayan üç naməlum şəxs Binəqədi qəsəbə sakini Babək Fətullayevin evinə girib.

Onlar yatmış ər-arvada hücum edərək, 1994- cü il təvəllüdlü Fatma Fətullayevanın ayaqlarını "skotç” lentlə, ərinin əl-qolunu isə ayaqqabı bağı ilə bağlayıblar. Bundan sonra həmin şəxslər qurbanlarını döyərək, evdən 2700 manat oğurlayıb qaçıblar.

Soyğunun araşdırılması sözügedən ərazinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır. Cinayətdə şübhəli bilinənlər hələ saxlanılmayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti