Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq


Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti