Tibbi maskalarla bağlı əhaliyə müraciət

Tibbi maskalarla bağlı əhaliyə müraciət


Üz üçün tibbi maska – tənəffüs orqanlarının hava-damcı yolu ilə ötürülən patogen viruslardan və bakteriyalardan, submikron ölçülü müxtəlif hissəciklərdən (allergik reaksiyalar törədən), zərərli buxarlardan və aerozollardan, bioloji mayelərdən, tozlardan və s. qorunması üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Səhiyyə Nazirliyinin yaydığı tibbi maskalar barədə ümumi maarifləndirici məqalədə yer alıb. Bildirilib ki, bu vasitə əsasən səhiyyə müəssisələrində, kosmetologiyada, istehsalatda və məişətdə istifadə olunur.

Təkistifadəlik tibbi maskaya maraq daim artır və fərdi mühafizə vasitələrinin xarakteristikalarına, təyinatına, ölçülərinə və s. görə fərqlənən müxtəlif versiyalarına tələbat yaranır. Maska istehsalçıları, müxtəlif siniflərə və növlərə ayırmaqla öz məhsul çeşidlərini genişləndiriblər. Tanış olmaq üçün mövcud təsnifatları nəzərinizə çatdırırıq:

Sterillik dərəcəsinə görə maskalar iki kateqoriyaya bölünür:

1. Steril təkistifadəlik maskalar, xüsusi tərzdə emal olunmuş və beləliklə də səthlərində heç bir mikroorqanizm olmayan maskalardır. Belə vasitələr “təmiz” sahələrdə - əməliyyat otaqlarında və laboratoriyalarda iş üçün nəzərdə tutulub. Sahə, dezinfeksiyaedici vasitələrlə və ultrabənövşəyi şüalarla işləndikdən sonra “təmiz” sayılır. Adi sahəyə düşdüyü andan etibarən steril maska qeyri-steril olur.

2. Qeyri-steril – məişətdə, tibb müəssisələrində, istehsalda və s. istifadə olunan bütün digər maskalardır. Bu, müxtəlif sferalarda istifadə olunan vasitələrin çoxsaylı alt növlərindən ibarət ümumi kateqoriyadır.

Maskaların istehlakçının konkret yaş qrupuna uyğun ölçülər üzrə bölgüsü mövcuddur.

Bu vasitələr, təyinatı üzrə aşağıdakı kateqoriyalara bölünür:

cərrahi maskalar;

prosedur maskaları;

stomatoloji maskalar.

Fərdi mühafizə vasitələri buraxan məşhur ticarət markalarının istehsalçıları rəng üzrə təsnifatı təklif edirlər. Bütün rəngli maskalar hipoallergendirlər.

Strukturuna görə maskalar aşağıdakı kimi bölünürlər:

Bağlara malik, çoxistifadəlik tənzif maskalar. Tənzifdən hazırlanmış olur. 2-3 saat ərzində mühafizəni təmin edir; bu müddət ötdükdən sonra vasitə, sonrakı istifadə üçün xüsusi üsulla emal olunmalıdır (yuma, qaynatma və ya dezinfeksiyaedici məhlula salma üsulları münasib ola bilər).

Toxunma olmayan, üçqatlı prosedur maskaları. Belə təkistifadəlik maska, sterilliyə dair xüsusi tələblər olmayan hər bir yerdə istifadə olunurlar. Bu vasitələrin filtrasiya səviyyəsi kifayət qədər yüksək – təxminən 95,9 %-dir. Bu vasitə, toxunma olmayan mikrolifli parçalardan hazırlanır:

spanbond - iki xarici qat üçün istifadə olunur, əla hava keçiriciliyi ilə fərqlənir;

meltblaun – daxili filtrasiyaedici qat üçün istifadə olunur.

Toxunma olmayan, dörd qatlı, xüsusi təyinatlı (cərrahi) maskalar. Belə maskanın filtrasiya səviyyəsi ən yüksək – 99,9 %-dir.
Toxunma kömür maskaları – tozlu sahələrdə və kimyəvi laboratoriyalarda iş zamanı əvəzedilməzdirlər. Kömür maskası bütün məlum patogen mikrofloranı, eləcə də ən kiçik hissəcikləri tutub saxlayır.

Maskanı kim geyməlidir?

Xəstələnmə halları tək-tək xarakterə malik olduqda, əlbəttə ki, tibbi maska, virus və bakteriyaları öz orqanizmindən ətraf mühitə yaymaması üçün xəstə üçün nəzərdə tutulub. Epidemiya dövrlərində xəstələnənlərin yaxınları və təbii ki, tibb heyəti də risk zonasına daxil olurlar. Bu halda qripdən qorunmaq üçün tibbi maska həm xəstələnən, həm də təmasda olan tərəf üçün göstəriş olacaq.

Qoruyucu maskanı düzgün şəkildə necə istifadə etməliyik?

Maskanı geyinmə, daşıma və çıxarma vaxtı vasitənin əl ilə təmasının minimal olmasını təmin etmək;

Bütün perimetrləri üzrə maskanı üzə maksimal dərəcədə sıxlaşdırmaq;

Vasitənin daşımnması üzrə müddət və şərtlərə riayət etmək lazımdır.

Mürəkkəb epidemioloji vəziyyətlər zamanı maska hər iki saatdan bir dəyişdirilməlidir. Adi şərtlərdə vasitənin daşınma müddəti maksimum 6 saatdır.
Qoruyucu maskanı yalnız zərurət olduqda, əhalinin kütləvi toplandığı ərazilərdə geyinmək olar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti