Yük maşını sürücülərinin nəzərinə!

Yük maşını sürücülərinin nəzərinə!


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən magistral və respublika əhəmiyyətli avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri ilə bağlı yoxlama tədbirləri görülür.

Agentlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, yoxlama tədbirləri zamanı icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülər aşkarlanaraq idarə etdikləri nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılır. Bundan başqa, artıq yük boşaldılaraq sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqlar edilir.

Edilən xəbərdarlıqlara baxmayaraq, artıq yüklə yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti davamlı müşahidə olunmaqdadır.

Yol ötürücülərinin yükgötürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi zərurəti yarandığından bu istiqamətdə müvafiq addımların atılması davam etdiriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti