Qalmaqallı plakatı qaldıran qız özünü binadan atdı

Qalmaqallı plakatı qaldıran qız özünü binadan atdı


Bakıda 8 Mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

***

Jurnalist Nurlan Cəfəri A. Ələkbərzadənin özünü ikinci mərtəbədən atdığını bildirib: “Aysel Ələkbərzadə dünən gecə saatlarında intihar edib. Özünü gecə saat 3-də yaşadığı binanın 2-ci mərtəbəsindən atıb. Vəziyyəti çox ağırdı. Gecə saat 3-dən bəri xəstəxanadayıq”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti