Elçiliyə gedən ailə qəzaya düşdü - 3 ölü, 3 yaralı + Yenilənib

Elçiliyə gedən ailə qəzaya düşdü - 3 ölü, 3 yaralı + Yenilənib


Masallı rayonunda “Niva” aşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Güllütəpə kəndində baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır.

Qeyd edək ki, dağlıq ərazidə yerləşən kənd sürüşmə zonası hesab edilir.

***

Masallı rayonunda baş verən dəhşətli qəzada ölən və yaralananlar bir ailənin üzvləri olub.

“Niva” markalı avtomobillə Yardımlı rayonuna gedərkən dağa qalxanda maşın aşaraq sıldırımdan dərəyə yuvarlanıb.

Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev Seymur Vidadi oğlu və onun arvadı, 1998-ci il təvəllüdlü Aslanova Rəna Əyyar qızı xəsarət alıb.

S.Şirəliyevin anası Sərvinaz Şirəliyeva, qardaşı arvadı, 1993-cü il təvəllüdlü Quliyeva Könül Cəmil qızı və onun bir övladı vəfat edib.

Maşında Könül Quliyevanın azyaşlı Nihad adlı oğlu və bir qızı olub. Uşaqlardan biri vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib. Lakin hazırda onların hansının vəfat etdiyini dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, sözügedən ailə Yardımlıya elçilik məqsədilə gedirmiş.

***

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb:

“Eyni ailədən kişi, 2018-ci il təvəllüdlü qız uşağı və qadın Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Kişinin vəziyyəti ağır, uşaqla qadınınkı isə orta ağır qiymətləndirilir”.

***

Məlum olub ki, qəza nəticəsində Könül Quliyevanın azyaşlı oğlu Nihad dünyasını dəyişib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti