BMU-da əsaslı dezinfeksiya işləri aparılıb

BMU-da əsaslı dezinfeksiya işləri aparılıb


Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə Bakı Mühəndislik Universitetində (BMU) dezinfeksiya işləri aparılıb.

“Qafqazinfo”nun məlumatına görə, Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən universitetin bütün tədris binaları, yataqxanaları və ictimai-iaşə obyektləri dezinfeksiya olunub, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb.

Qeyd edək ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə BMU-da ardıcıl işlər həyata keçirilir. Bununla bağlı maarifləndirici videoçarx hazırlanıb, universitetin saytında, eləcə də tədris binalarında və yataqxanalarda monitorlara yerləşdirilib.

Eyni zamanda, “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda keçirilən maarifləndirici tədbirdə koronovirusun fəsadları və ondan qorunmağın yolları haqqında ətraflı məlumat verilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti