Rüşvət alarkən videosu yayılan polis əməkdaşı ölüb - Açıqlama

Rüşvət alarkən videosu yayılan polis əməkdaşı ölüb - Açıqlama


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Report”a bildirib ki, faktla bağlı araşdırmalar aparılıb.

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hərbçimiz şəhid oldu

24.02.2020 / 13:30
 
Xəbər lenti