Bakıda kişi qadına 16 bıçaq zərbəsi vurub qaçdı

Bakıda kişi qadına 16 bıçaq zərbəsi vurub qaçdı


Bakıda kişi tanışı olan qadına 16 bıçaq zərbəsi vurub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu ilə Xətai rayonu ərazisində birlikdə yemək yeyib spirtli içki qəbul ediblər.

Daha sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində B. Adbullayev Z. Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. Ardınca isə B. Abdullayev T. Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hərbçimiz şəhid oldu

24.02.2020 / 13:30
 
Xəbər lenti