Evdən qaçan məktəbli: Valideynlərimlə yaşamaq istəmirəm

Evdən qaçan məktəbli: Valideynlərimlə yaşamaq istəmirəm


“Valideynlərimlə bir evdə yaşamaq istəmirəm”, - cinayət axtarış əməliyyatçıları tərəfindən tapılan evdən qaçmış 15 yaşlı Aysel Salahova ilkin dindirmə zamanı bildirib.

Oxu.Az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayan yeniyetmə Bakının Qaradağ rayonu ərazisində tapılıb.

Xatırladaq ki, məktəbli yanvarın 13-ü saat 00:05-də evdən çıxıb. Qız valideynlərindən gizli şəkildə taksiyə əyləşib və gedib.

Xoşbəxtlikdən Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi yeniyetmənin xoşagəlməz sərgüzəştlərə düşməzdən əvvəl tapılmasına yardım edib. A.Salahova valideynlərə təhvil verilib.

“Problem ondadır ki, qız ailəsi ilə birlikdə yaşamaq istəmir. Yaxşı ki, başına pis heç nə gəlməyib. Qaradağ rayonunda nə axtardığı bəlli deyil. Ancaq görünür ki, qızın bütün hərəkətləri sosial şəbəkələrdə naməlum insanlarla ünsiyyətlə bağlıdır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hərbçimiz şəhid oldu

24.02.2020 / 13:30
 
Xəbər lenti