Bakıda əcnəbi qızların ölümünə görə cinayət işi açıldı

Bakıda əcnəbi qızların ölümünə görə cinayət işi açıldı


Bakıda 3 əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

“Qafqazinfo”nun Bakı Şəhər Prokurorluğuna istinadən məlumatına görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Xatırladaq ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş verən yanğın zamanı həmin mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.

Ölən şəxslər “Western Caspian” Universitetinin tələbələri 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti