Məktəb yoldaşları vəhşicəsinə qətlə yetirilən Nərminin məzarı üstündə

Məktəb yoldaşları vəhşicəsinə qətlə yetirilən Nərminin məzarı üstündə


Yanmış meyiti tapılan 10 yaşlı Nərminin dəfn mərasimində sinif və məktəb yoldaşları da iştirak edib.

Yeniyetmələr vəhşicəsinə qətlə yetirilən sinif yoldaşlarının qatilinin tapılmasını tələb edən şüar səsləndiriblər.

Onlar dəfələrlə "Nərmin üçün susma!" deyərək qışqırıblar.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti elə həmin kəndin ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 10 yaşlı qızın başından aldığı küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb. Cinayətin digər təfərrüatları da məlum olub. Belə ki, Nərmin ayyarım əvvəl itkin düşdüyü paltarda tapılıb. O da müəyyənləşib ki, uşağı meyiti kənd ərazisində saxlanılırmış. Ehtimal edilir ki, Nərmin bu müddət ərzində zirzəmidə saxlanılıb. Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər.

Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər. Cinayətkar qızın meyitini polietilen torbada hadisə yerinə gətirib və orada yandırıb.

Nərminin dırnaqları tutulmuş olub. Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin. Qızın meyiti qurşaqdan aşağı yanmış olub.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti