Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu


İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də rayonun Qaralar kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Yalavac kənd sakini M.Orucov vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev saxlanılıb.

Araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti