İrandan narkotik gətirən qadın Bakıda saxlanıldı

İrandan narkotik gətirən qadın Bakıda saxlanıldı


Paytaxt sakini İlhamə Kərimova metronun Həzi Aslanov stansiyasının yaxınlığında polislər tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai polisində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti