Bakıda 3 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda 3 yaşlı qız faciəvi şəkildə öldü


Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılaraq ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.

2016-cı il təvəllüdlü Hüseynova Elif Bəhruz qızı dekabrın 22-i saat 16 radələrində fərdi yaşayış evinin üçüncü mərtəbəsində oynayarkən ehtiyatsızlıqdan pəncərədən yıxılıb. E.Hüseynova təcili tibbi yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ağır dərəcəli açıq kəllə beyin travması diaqnozu qoyulub. Dekabrın 23-də xəstəxanada vəfat edib.

Məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. E.Hüseynovanın meyitinin daxili müayinə edilməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti