Zibillikdən tapılan uşaqla bağlı daha bir açıqlama

Zibillikdən tapılan uşaqla bağlı daha bir açıqlama


Səhiyyə Nazirliyi Gəncə şəhərində zibilliyə atılmış yeni doğulan körpəylə bağlı növbəti məlumatı yayıb.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri körpə 3-4 günlük oğlan uşağıdır.

Hazırkı vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Xatırladaq ki, körpə dünən şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında tapılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti