Keçmiş məhkum qətl törətdi

Keçmiş məhkum qətl törətdi


Dekabrın 20-də Balakən rayonu ərazisindəki tikintisi başa çatmamış evlərin birində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Məmmədhəsən Rəhimovun üzərində xəsarətlər olan meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən İtitala kənd sakini, əvvəllər də qəsdən adam öldürmə və xuliqanlığa görə məhkum olunmuş H.Nəsibov saxlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti