Yanğın yerinə 3 helikopter göndərildi - Yenilənir

Yanğın yerinə 3 helikopter göndərildi - Yenilənir


Səhiyyə Nazirliyi də səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib.

Ona yerində yardım göstərilib.

***

Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanğının çox güclü olması səbəbilə “Çağırış 3” elan olunub: “Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə nazirliyin 3 helikopteri və bütün yanğınsöndürən qüvvələr cəlb olunub”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti