Həkim piyadanı vurub öldürdü

Həkim piyadanı vurub öldürdü


Göyçayda avtomobil piyadanı vuraraq öldürüb.


“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib.

1957-ci il təvəllüdlü İmanova Səadət Məmməd qızı yolu keçmək istəyərkən rayon sakini, Təcili Tibbi Yardım Stansiyasının həkimi Dinar Baxışov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə S. İmanovanı vurub.

Ağır bədən xəsarətləri alan Səadət İmanova xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti