Gecə evə girib bunları oğurladı

Gecə evə girib bunları oğurladı


Quba rayonunun Zizik kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Zülfüqar Bayramov olduğu müəyyən edilib.


“Qafqazinfo” xəbər verir ki, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə gecə saatlarında qanunsuz olaraq daxil olduğunu, oradan oğurladığı məişət əşyalarının və avadanlıqların bir qismini yaşadığı evdə saxladığını, digər bir qismini isə dəyərindən ucuz qiymətə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən Z.Bayramovun evində saxladığı, eləcə də satdığı əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

04.08.2020 / 17:00
 
Xəbər lenti