41 yaşlı kişini ov tüfəngi ilə güllələdilər
Şamaxıda güllələnmə hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, güllələnmə rayonun mərkəzində qeydə alınıb.
Rayon sakini, 1978-ci il təvəllüdlü Hacıyev Şəfaət Əlibala oğlu ov tüfəngindən açılan atəş nəticəsində sinəsindən və əlindən xəsarət alıb.
Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya
Hamısı