Hazırda Bakıda temperatur normadan aşağıdır

Hazırda Bakıda temperatur normadan aşağıdır


Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki havanı açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.

Düşən yağıntının miqdarı Astarada 47, Lənkəranda 41, Xaçmazda 20, Balakən, Qəbələ, Zaqatalada 16, Lerik, Sarıbaşda 12, Oğuzda 11, Yardımlı, Tərtərdə, Qusar, İsmayıllıda 9, Şabranda 8, Quba, Neftçalada 7, Altıağac, Qırızda 6, Şamaxıda 5, Bərdə, Beyləqan, Ağdam, Mərəzə, Naftalanda 4, Xaltan, Xınalıqda 3, Ağstafa, Mingəçevir, Ağsuda 2, Gəncə, Daşkəsən, Şəmkir, Şahdağ, Qazıməmməd, Biləsuvar, Sabirabad, İmişli, Göyçay, Cəfərxan, Zərdab, Yevlaxda 1 mm, Sumqayıtda 47 mm (aylıq normanın 169 faizi), Bakıda 11 mm (aylıq normanın 38 faizi), Maştağada 6, Binədə 4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Sarıbaş, Altıağacda 12, Qırız, Xınalıqda 8, Qusarda 7, Mərəzə, İsmayıllı, Qubada 2, Xaltanda, Daşkəsəndə 1, Lerik, Yardımlıda 0,8 sm olub.

Havanın minimal temperaturu dağlıq rayonlarda 9-15 dərəcə şaxta təşkil edib.

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 23-ü gündüzədək davam edəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu serial da final edir

12.12.2019 / 13:00
 
Xəbər lenti