Dünənki qəzalarda 4 nəfər ölüb

Dünənki qəzalarda 4 nəfər ölüb


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabr ayının 14-də törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

09.12.2019 / 15:30
58 yaşlı kişinin meyiti tapıldı
[center]
09.12.2019 / 14:30
 
Xəbər lenti