Sifarişli qətl iştirakçısı bu dəfə oğurluğa görə tutuldu

Sifarişli qətl iştirakçısı bu dəfə oğurluğa görə tutuldu


Kürdəmirin Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus ümumi dəyəri 2350 manat olan tikinti avadanlıqları binanın zirzəmisindən oğurlanıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini, əvvəllər Rusiya Federasiyasında sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edilən 40 yaşlı Zahid Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı avadanlıqların bir qismi ondan maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti