Bakıda yanğına görə 50 uşaq təxliyyə edildi

Bakıda yanğına görə 50 uşaq təxliyyə edildi


Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti