“07” ilə “Niva toqquşdu, biri uşaq olmaqla 2 nəfər yaralandı

“07” ilə “Niva toqquşdu, biri uşaq olmaqla 2 nəfər yaralandı


Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Düzqışlaq kəndinə gedən yolda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” ilə “Niva” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər-sürücü 26 yaşlı Rüfət Musayev və 3 yaşlı sərnişin Səma Zülfüqarova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Digər sərnişin Natiq Zülfüqarov xəstəxanaya aparılsa da, onda heç bir xəsarətin olmadığı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti