Sumqayıtda yayılan qoxuyla bağlı - Rəsmi açıqlama

Sumqayıtda yayılan qoxuyla bağlı - Rəsmi açıqlama


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

"Qafqazinfo" xəbər verir ki, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub.

Bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.

“Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”, - o, qeyd edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti