Motosikletin sürücüsü öldü, “JEEP”i sürən qaçdı

Motosikletin sürücüsü öldü, “JEEP”i sürən qaçdı


Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Tovuz şəhərində, avtovağzalın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “JEEP” əvvəlcə “VAZ”a, daha sonra isə motosikletə çırpılıb.

Qəza zamanı ağır xəsarət alan motosikletin sürücüsü, 1984-cü il təvəllüdlü Əliyev Babək Sabir oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən “JEEP”in sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti