“Kamaz” “VAZ”la toqquşdu, yaralılar var

“Kamaz” “VAZ”la toqquşdu, yaralılar var


Sabirabad iki nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çöl Beşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobil ilə "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsində rayonun Çığırqan kənd sakinləri - 1991-ci il təvəllüdlü Şirinov Ramil Kərim oğlu və 1989-cu il təvəllüdlü Şirinov Kamil Şamil oğlu xəsarət alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyətinin ağır olduğu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti