Təyyarədə iki aylıq körpə öldü

Təyyarədə iki aylıq körpə öldü


3 oktyabr saat 22:00-da Moskva- Qroznlı reysini həyata keçirən təyyarə Volqoqrad şəhərində təcili eniş edib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, buna iki aylıq körpənin vəfat etməsi səbəb olub.

Uşağın xəstəxanaya aparıldığı, lakin reanimasiya tədbirlərinin müsbət nəticə vermədiyi qeyd olunub.

İstintaq Komitəsinin regional təhqiqat şöbəsinin nümayəndəsi Natalya Rudnik agentliyə uşağın ölüm faktını təsdiqləyib. Onun sözlərinə görə, uşağın ölümünə səbəb ola biləcək ciddi anadangəlmə bir xəstəliyi olub.

Rudnik körpənin cəsədinin məhkəmə ekspertizası üçün göndərildiyini və yoxlamanın nəticələrinə əsasən prosedur qərar veriləcəyini əlavə edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort