Güclü külək Bakıda 6 ağacı aşırdı

Güclü külək Bakıda 6 ağacı aşırdı


Bakı Şəhər İcra Hakimiyyəti güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün səhər saat 09 radələrində birlik gücləndirilmiş iş rejimində çalışır:

“Küləyin fəsadlarının aradan qaldırılması üçün əlavə qruplar yaradılıb. Bu gün şəhərin Nəsimi, Yasamal, Nərimov və Nizami rayonlarında olmaqla 6 ağac aşıb. Aşan ağaclar birlik əməkdaşları tərəfindən ərazidən götürülüb. Maddi və ya insan təlafatı yoxdur”.

O.Məmmədov paytaxt sakinlərinə müraciət edərək güclü küləklə bağlı xəbərdarlıq edib: “Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilir”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort