Fındıq yığmağa getmişdi, itkin düşdü

Fındıq yığmağa getmişdi, itkin düşdü


Qaxda 88 yaşlı kişi itkin düşüb.

“Qafqazinfo” xəbər verirki, itkin düşən şəxs rayonun Ləkit kənd sakini, 1931-ci il təvəllüdlü Ağamalıyev Aslan Nuru oğludur.

Yaxınlarının dediyinə görə, A. Ağamalıyev sentyabrın biri səhər saatlarında zəmbil götürərək fındıq yığmaga gedib və indiyə kimi geri qayıtmayıb.

Kənd sakinlərindən də onu fındıq bağına gedərkən görən olub. Həmin gündən itkin düşən şəxs kənd sakinləri tərəfindən axtarılsa da, tapılmayıb.

Yaxınları rayon polis şöbəsinə və aidiyyatı qurumlara məlumat veriblər.

Axtarışlar davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti