Avtobus qəzasında yaralananlarla bağlı son məlumat

Avtobus qəzasında yaralananlarla bağlı son məlumat


Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Səhiyyə Nazirliyi yeni məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda xəstəxanada 4 nəfərin müalicəsi davam edir. Yaralıların vəziyyəti orta-ağır, stabil qiymətləndirilir. Vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, avtobus qəzası nəticəsində sürücü yerindəcə dünyasını dəyişmiş, 23 nəfər isə müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılmışdı.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti