Narkotik qəbul edən sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Narkotik qəbul edən sürücü sərnişinlərin həyatını təhlükəyə atdı


Cəlilabadda içi sərnişinlə dolu mikroavtobusun narkotik vasitə qəbul etmiş sürücüsü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Cəlilabad rayonu ərazisində 3 saylı marşrut xətti üzrə hərəkətdə olan 15-BP-496 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü qaydanı pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Bu zaman mikroavtobusun sürücüsü olan Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Oqtay Abbasovun ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən olunub, eyni zamanda hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib.

Müayinə zamanı O.Abbasovun narkotik vasitə qəbul etdiyi məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort