Bakıda avtoxuliqan həbs edildi

Bakıda avtoxuliqan həbs edildi


Martın 29-da Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü Anar Xəlilov yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə edib.

DİNdən “Qafqazinfo”ya verilən məlumata görə. sürücünün polislərdən qaçma anı yol patrul xidməti avtomobilinin kamerası vasitəsilə lentə alınıb.

Daha sonra sürücü Binəqədi qəsəbəsində ara küçələrdə yol polisləri tərəfindən süni tıxac yaradılaraq saxlanılıb. Toplanan materiallar qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə avtoxuliqanlıq edən Anar Xəlilov 20 sutka inzibati qaydada həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Tədbir zamanı 100-dən artıq yol hərəkəti qaydalarını pozan sürücü də inzibati məsuliyyətə cəlb edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort