Sabah yağış yağacaq, külək əsəcək

Sabah yağış yağacaq, külək əsəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyi 30 martda gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort