Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi


Çaylarda suyun səviyyəsində dəyişiklik müşahidə edilib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 115 kub/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 185 kub/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 48 kub/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 55 kub/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 10, Salyanda 13, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2018-ci il martın 04-də 371 sm), Şirvanda 203 sm (2018-ci il martın 04-də 233 sm), Salyanda 151 (2018-ci il martın 04-də 191 sm), Bankədə 168 sm (2018-ci il martın 04-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2018-ci il martın 04-də 105 sm) təşkil edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort