Naxçıvanda kəskin virus infeksiyalarına qarşı mübarizə aparılır

Naxçıvanda kəskin virus infeksiyalarına qarşı mübarizə aparılır


Naxçıvanda kəskin respirator virus infeksiyası ilə bağlı təhlükəli hala rast gəlinməsə də, hava şəraitinin qeyri-sabit keçməsi zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Muxtar respublikanın Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq ictimai yerlərdə – xüsusən məktəb və bağçalarda kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə dezinfeksiya işləri aparır.

Gecce.az naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, həmin tədbirlər Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən həyata keçirilir. Cari həftə ərzində Naxçıvan şəhər dəmiryol və avtovağzallarında, topdan və pərakəndə satış məntəqələrində dezinfeksiya tədbirləri başa çatıb. Rayonlarda, əsas etibarilə, siniflərdə, idman zallarında, qarderoblarda, bufet və yemək - xanalarda, dəhlizlərdə, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya işləri təşkil edilib. Tədbirin gedişində tibb işçiləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrinin girişində tibbi müşahidələr aparılır. Kəskin respirator virus infeksiyası xəstəliyinə şübhəli hal aşkar olunduqda ambu - lator müalicəyə göndərilir. Xəstəlik halları müşahidə edilmiş uşaqlar haqqında isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poli - klinika şöbəsi ilə əlaqə saxlanılır.

Bununla yanaşı, məktəb kollektivi və şagirdlər arasında səhiyyə maarifi işi aparılır. Dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort