Azərbaycanda qadın abort zamanı öldü - 2 uşağı var...

Azərbaycanda qadın abort zamanı öldü - 2 uşağı var...


Göyçayda iki uşaq anası xəstəxanada ölüb.

"Qafqazinfo" xəbər verir ki, səhər saatlarında Göyçayda yaşayan Astara sakini 24 yaşlı gənc ana abort üçün xəstəxanaya müraciət edib. İlkin məlumata görə iki uşaq anası abort zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Göyçay rayon Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış Əliyeva Nurlanə Əlişirin qızı (1990-cı il təvəllüdlü) Göyçay Mərkəzi Rayon Xəstəxanasına qanaxma ilə müraciət edib. Güclü qanaxmanın qarşısını almaq məqsədi ilə hamiləliyin süni dayandırılması qərarı verilib.

Xəstəxanadan verilən məlumata görə, süni müdaxilə zamanı xəstə dünyasını dəyişib.

Qeyd edək ki, Əliyeva Nurlanə bu günə kimi 2 keysəriyyə kəsiyi əməliyyatı keçirib. O, 7 ay öncə keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdiyindən həkimlər qadına hamilə qalmağı məsləhət görməyib.

Hazırda Səhiyyə Nazirliyinin Ölüm Hallarını Araşdıran Komissiyası və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi, habelə, Göycay Rayon prokurorluğu hadisəni araşdırır. Ölümün dəqiq səbəbi haqqında məlumat istintaq araşdırmaları başa çatdıqdan sonra müəyyənləşəcək və ictimaiyyətə açıqlama veriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort