18 yaşlı tələbənin ölümü ilə bağlı - Müəmma

18 yaşlı tələbənin ölümü ilə bağlı - Müəmma


Birinci kurs tələbəsinin qripdən dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Ailəsi 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadəyə ilkin olaraq H1N1 virusu dioqnozunun qoyulduğunu bildirib. Daha sonra ailəyə deyilib ki, Nərdanədə heyvanlardan keçən leptospiroz bakteriyası aşkarlanıb.


Epidemiologiya Mərkəzindən mərhumun evinə gedən nümayəndələr bildiriblər ki, daha 5 nəfər bu yoluxucu bakteriyadan dünyasını dəyişib və Nərdanənin onlarla təmasının olub-olmaması araşdırılmalıdır.

Maraqlısı budur ki, Nərdanə yanvarın 29-da vəfat etsə də, onun sözügedən bakteriyaya yoluxub-yoluxmaması ilə bağlı dəqiq bir nəticə yoxdur.

“Bakı Medical Plaza”dan “Qafqazinfo”ya bildirilib ki, xəstə klinikaya daxil olan zaman vəziyyəti ağır olub:

“Xəstə skeptik şok diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəliyinin 20-ci günü olduğundan və bu müddət ərzində müxtəlif xəstəxanalara aparıldığından vəziyyəti ağır idi. Bu səbəbdən mexaniki tənəffüs aparatına qoşulub.

İlkin diaqnoz kimi H1N1 qripi qoyulsa da, sonradan kəskin tənəffüs, ürək və qaraciyər çatışmazlıqları diaqnozu müəyyən olunub”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort