Bu yolda hərəkət məhdudlaşdırılıb

Bu yolda hərəkət məhdudlaşdırılıb


8 fevral tarixindən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Qeyd edək ki, minik avtomobillərinin həmin yoldan istifadə etmələri ilə bağlı heç bir maneə yoxdur. Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort