Təzyiqi qalxan kişinin başı pilləkənə dəydi, öldü

Təzyiqi qalxan kişinin başı pilləkənə dəydi, öldü


Fevralın 5-də Mustafayev Rafiq Məmməd oğlunun başına təpə nahiyəsindən küt travma xəsarəti alaraq ölməsi barədə məlumat daxil olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Ölümün səbəbinin müəyyən olunması məqsədi ilə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin araşdırma zamanı müəyyən olunub ki, 1953-cü il təvəllüdlü Rafiq Məmmədov yüksək qan təzyiqi ilə bağlı keçirdiyi narahatlıqlara görə həkim müayinəsində olub. Fevralın 5-i saat 13 radələrində yaşadığı evə qayıdarkən qan təzyiqinin yüksəlməsi nəticəsində yıxılıb, başı evin pilləkəninə dəyərək təpə nahiyəsindən küt travma xəsarəti alıb və evdə vəfat edib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort