Bakıdan Naxçıvana narkotik aparmaq istəyirdi, aeroportda tutuldu

Bakıdan Naxçıvana narkotik aparmaq istəyirdi, aeroportda tutuldu


Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, idarəyə gətirilən İ.Ələsgərovun üzərində şəxsi axtarış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Həmin maddə tədqiq olunması üçün məhkəmə ekspertizasına göndərilib. Ekspertin verdiyi rəyə əsasən məlum olub ki, tədqiq edilmiş maddə narkotik vasitə olan qurudulmuş marixuanadır və çəkisi 1 kiloqram 34 qramdır.

Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparan zaman polislər tərəfindən saxlanıldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort