"Arvadımı başqa kişi ilə oteldə tutdum, görüntülər var"

"Arvadımı başqa kişi ilə oteldə tutdum, görüntülər var"


Space Tv-də Amil Xəlilin təqdimatıda yayımlanan sosial-kriminal layihə "Gəl, dərdini danış"da qalmaqallı anlar qeydə alınıb.

Gecce.az minval.info-a istinadən xəbər verir ki, ilk olaraq verilişə müraciət edən Rəsmiyə xanım və oğlu Kahanın şikayəti dinlənilib. Kahan iddia edib ki, hazırda onunla yaşayan 5 yaşlı qızı İlahənin anası Mələkxanım 3 il əvvəl evi tərk edib.

Məlumata görə, o, rahat yaşamaq adi altında uşağını atıb rayondan çıxıb. 3 il sonra məhkəməyə müraciət edən Mələkxanım uşaqını geri qaytarmaq niyyətindədir. Amma qayınana Rəsmiyə və ər Kahan buna qarşı çıxır. Baxmayaraq ki, uşaq rəsmi olaraq anaya verilib. Bir az sonra gəlin verilişə qoşulur. Qayınanasının cadugər və falçı olduğunu, ailələr dağıtdığını bildirib. Qayınana Rəsmiyə xanımın gəlini haqqında səsləndirdiyi ittiahamlara son vermək üçün aparıcı onlarla sağollaşıb.

Daha sonra Qənimət xanımın məsələsi ilə bağlı müzakirə başlanılıb. Nəvəsini geri istəyən nənə, qızından alınan balalara görə əzab çəkdiklərini bildirib.

Amilin "nə üçün ayrıldılar? Uşaqlar niyə anaya göstərilməsin?" suallına cavab olaraq Qənimət xanım qudaları günahlandırıb. Bir az sonra kürəkən Rauf efirə qoşulur. Onun açıqlamaları isə bütün məsələlərə aydınlıq gətirir.

"Mən arvadımı oteldə yaxaladım. Başqası ilə. Hətta onun görüntüləri, şəkilləridə var. Məhkəmələr oldu. Hər birini sübut elədim. Uşaqlar anadan alındı və mənə verildi. Hətta görüşə belə icazə yoxdur".

Aparıcı Amil Xəlil verilişdə qonaqların bəzi xoşagəlməz və MTRŞ-nın da irad tutduğu çıxışlarına görə açıqlama verib. O bildirib ki, belə neqativ çıxışlar və münasibətlərin efirdə səslənməsinin əleyhinədir və dövlət qurumu da televiziyalardan milli mənəvi dəyərlərin qorunmasını tələb edir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort