Tələbə qız şantaj görə otelə gəlməyə məcbur oldu... – Azərbaycanda biabırçı hadisə

Tələbə qız şantaj görə otelə gəlməyə məcbur oldu... – Azərbaycanda biabırçı hadisə


Lənkəran şəhərində intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Elnur Həbibzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Elnur Həbibzadə zərərçəkmiş şəxsin bir sıra asılılığından istifadə etməklə, onu cinsi əlaqəyə girməyə, seksual xarakterli digər hərəkətlərə məcbur edib, habelə zərərçəkmiş şəxsin haqqında təkrarən rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb edib.

Hədə-qorxu

Belə ki, o, 16 noyabr 2017-ci il tarixdən 24 noyabr 2017-ci il tarixədək olan dövr ərzində Lənkəran Dövlət Humanitar Kollecinin dördüncü kursunda bir qrupda təhsil aldığı Samirə Verdiyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) tanışı Əli Bayramlı ilə sosial şəbəkədə yazışmalarını əldə edib.

Elnur Əli Bayramlının telefonu vasitəsi ilə həmin yazışmaların mətni ilə tanış olduqdan sonra bu barədə Samirəyə deyib. O, həmin məlumatları kollecdə digər tələbə yoldaşları arasında yaymaqla, həmçinin Samirənin ailə üzvlərinə və ərinə çatdırmaqla onu hədələyib.

Otelə çağırış...

Elnur Samirəni rüsvay edəcəyi ilə hədələyərək, məlumatları yaymamaq üçün ondan 200 manat tələb edib. Eyni zamanda rüsvayedici məlumatları yayacağı ilə hədələdiyi Samirəni özündən asılı vəziyyətə salıb. O, Samirəni şantaj etməklə Lənkəran şəhəri ərazisində yerləşən otelə çağırıb.

Samirə həmin rüsvayedici məlumatların yayılmaması üçün Elvinin çağırışı ilə həmin otelə gedib. Orada Elnur ilə görüşüb. Görüş zamanı Elnur Samirədən onunla cinsi əlaqədə olmağı tələb edib. Samirə də onun tələbi ilə razı olub.

Tələblərə dözə bilmədi, polisə üz tutdu...

Elnur Samirə ilə intim əlaqədə olan zaman telefonu vasitəsi ilə çəkiliş etməyə başlayıb. Həmin vaxt o, Samirədən soyunmağı tələb edib.

Əlacsız qalan Samirə də onun dediklərini yerinə yetirib. Elnur onun çılpaq foto və video görüntülərini çəkib. O, eyni zamanda Samirəyə qarşı əxlaqsız hərəkətlər edib, həmin hərəkətləri də telefonuna çəkib.

Elnur Samirə ilə cinsi əlaqədə olandan sonra ondan otelin otaq ödənişi üçün təkrarən 70 manat tələb edib.

Getdikcə artan tələblərin ağırlığına tab gətirməyən Samirə Lənkəran polisinə şikayət etmək məcburiyyətində qalıb.

İş başında yaxalandı

Noyabrın 24-də, 14.35-də polis əməkdaşları Elnuru Lənkəran Dövlət Humanitar Kollecinin inzibati binasında Samirədən 270 manat alarkən həbs edib.

Məlum olub ki, Elnur Babazadə Samirənin intim video və fotolarını ona "Whatsapp” internet şəbəkəsi vasitəsilə göndərib.

Məhkəmənin hökmü...

İstintaq orqanı tərəfindən Elnur Həbibzadənin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Həbibzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elnur Həbibzadə apelyasiya şikayəti verib.

Bəraət istədi...

O, barəsində olan hökmün dəyişdirilməsini istəyib. İttiham olunduğu Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bəraət, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsini isə həmin məcəllənin 182.1-ci maddəsinə tövsüf edilməsini istəyib.

Elnur Həbibzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Elnur Həbibzadə apelyasiya şikayətini müdafiə edib.

"Cinsi əlaqəyə məcbur etməmişəm”

O qeyd edib ki, zərərçəkmiş şəxslə 1-ci kursdan bir yerdə oxuyublar:

"Samirəyə qarşı heç bir şəxsi qərəzim olmayıb. Ona hədə-qorxu gələrək, yazışmaları yaymaq barədə ağzımdan heç bir söz çıxmayıb. Sadəcə olaraq, ona demişəm ki, belə bir hərəkətini bilirəm. Bundan sonra Samirə qorxuya düşüb, İnstagram sosial şəbəkəsində yazaraq nömrəmi aldı. 2 dəfə telefonda və 1 dəfə "Whatsapp”da danışdıq. Düzdü yazışmalarımiz oldu, lakin ittihamda göstərilən qədər olmayıb. Zərərçəkmiş şəxsi cinsi əlaqəyə girməyə məcbur etməmişəm”.

Vəkil şantajçını necə müdafiə etdi?

Elnur Həbibzadənin müdafiəçisi Lalə Mənsurova apelyasiya şikayətini müdafiə edib, əlavə olaraq göstərib ki, tərəflər arasındakı danışıqlarda "bu qədər pul verərsən” ifadəsi olmayıb:

"Xanım özü Elnura deyib ki, pul verim, söhbəti yayma. Lakin xanım özü deyir ki, gah məndən 100 manat istədi, gah 200 manat istədi. Yəni aralarında razılaşma olmayıb. Lakin ittihama görə, tərəflər arasında razılaşma var. Elnur zərərçəkmişə "danışıqları yayacam” deməyib. Zərərçəkmiş şəxs Elnura deyib ki, "birdən yayarsan, gəl sənə pul verim, barəmdə olan məlumatları yayma”.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elnur Həbibzadənin apelyasiya şikayəti qismən təmin olunub. Onun cəzası 6 ilə endirilib.

mənbə: teleqraf.com
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort