“Bacanağım qızıma pulla cinsi əlaqə təklif etmişdi”

“Bacanağım qızıma pulla cinsi əlaqə təklif etmişdi”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızına və arvadına sataşan bacanağını öldürməkdə təqsirləndirilən Şahin Qasımovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə ifadə verən Ş.Qasımov cinayəti etiraf edib və özünü təqsirli bildiyini deyib: “Qızım boşanmışdı, mənim evimdə qalırdı. Bir gün bacanağım Müşviq bizə gəldi, onunla birlikdə yeyib-içdik, sonra o qızıma sataşdı, hətta arvadıma da söz atdı. Mən də buna görə onu bıçaqladım.

Əməlimdən peşman deyiləm, Müşviqin bu binamus hərəkətlərindən xəbərsiz idim. O, qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki, öldürdüm”.

Proses yanvarın 21-də davam etdiriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort