Çökən yol niyə açılmır? - 15 gündür bağlıdır

Çökən yol niyə açılmır? - 15 gündür bağlıdır


“Nobel prospektində yolun çökməsi ilə bağlı aparılan araşdırma işlərinin artıq böyük əksəriyyəti başa çatıb. Hazırda georadarın nəticələrini gözləyirik. Hər şey onların təhlillərindən asılıdır”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, georadarın nəticələri bu həftə bəlli olacaq:

“Yalnız ondan sonra biz yolun çökməsinə səbəbi tam müəyyən edə biləcəyik. Artıq işlərin böyük əksəriyyəti yekunlaşıb. Hələ ki, yolun bir zolağı avtomobillərin hərəkəti üçün bağlı qalacaq. Çünki orada çox böyük həcmli işlər görülür”.

Qeyd edək ki, çökmənin səbəblərini müəyyən etmək üçün hazırda mütəxəssislər yerin 28-30 metr dərinliyində tədqiqat aparırlar.

Xatırladaq ki, yol yanvarın ilk günlərindən çöküb və həmin ərazi sözügedən tarixdən bağlıdır. Bu isə səhər saatlarında Nobel prospektində tıxaca səbəb olur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Murad Dadaşov iki dəfə dedi, amma..." - Şəbnəm

18.01.2019 / 16:30
 
Xəbər lenti
  
16:30 "Murad Dadaşov iki dəfə dedi, amma..." - Şəbnəm
                                                        
ankara escort ankara escort izmir escort