İntensiv yağış, güclü külək - Xəbərdarlıq

İntensiv yağış, güclü külək - Xəbərdarlıq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.


Gecce.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 03-ü axşam arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 04-ü günün ikinci yarısından 05-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 05-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 04-ü gündüz, 05-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında


Yanvarın 04-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 04-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 04-ü axşamdan 05-i səhərədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Murad Dadaşov iki dəfə dedi, amma..." - Şəbnəm

18.01.2019 / 16:30
 
Xəbər lenti
  
16:30 "Murad Dadaşov iki dəfə dedi, amma..." - Şəbnəm
                                                        
ankara escort ankara escort izmir escort