Canavarın dişlədiyi məktəblinin vəziyyəti necədir?

Canavarın dişlədiyi məktəblinin vəziyyəti necədir?


Astarada canavar hücumuna məruz qalan 9-cu sinif şagirdi Rafiq Baxşıyevin ailəsi narahatdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qohumu Həbib Əlizadə sosail şəbəkədə məlumat yayıb. Bildirib ki, məktəblinin artıq ikinci dəfədir ki, vəziyyəti ağırlaşıb:

“Birdən-birə yüksək təzyiq, həddən çox ürək döyüntüsü, panika keçirir. Birinci dəfə hadisədən 3 gün sonra oldu, tez keçdi. Dünən gecə isə saatlarla davam edib, xəstə çox ciddi problem yaşayıb, saatlarla sakitləşdirə bilməyiblər. Astara rayon xəstəxanasındadır, onlara qarşı məsuliyyətsizlik edilir və kobud davranılır. Canavar quduz çıxıb. Buna görə çox narahatıq. Bakıya göndəriş vermirlər”.

“Qafqazinfo” məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxlayıb. O qeyd edib ki, hazırda xəstənin vəziyyəti stabildir və lazımi tədbirlər görülür:

“Canavar dişləyən sakinlərin hamısına zərdablar vurulub, hazırda da müalicələri davam edir. O ki qaldı, məktəbliyə. Onun vəziyyətində həqiqətən də bir az problem yaranmışdı. Bu səbəbdən Bakıdan infeksionist göndərilib. İnfeksionist yoxlayıb və deyib ki, Bakıya gətirilməsinə ehtiyac yoxdur. Eyni müalicə Astarada davam etdiriləcək. Müalicə effekti eynidir. Uşağın da vəziyyəti stabildir. Canavarın quduz olub olmamasından asılı olmayaraq lazımi tədbirlər əvvəlki gündən görülüb, peyvəndlər vurulmuşdu. Hazırda da müalicələri nəzarət altındadır və davam etdirilir”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort