Polislər bu dəfə hamilə qadını xilas etdi - Körpəyə onların adı verildi

Polislər bu dəfə hamilə qadını xilas etdi - Körpəyə onların adı verildi


Mingəçevirdə qəzaya düşən hamilə qadın yol polisləri tərəfindən xilas edilib və övladı dünyaya gəlib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanovla Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər.

Qadın xilas edilərək dərhal başqa bir avtomobilə əyləşdirilib və YPX-nin avtomobillərinin müşayiəti ilə xəstəxanaya çatdırılıb.

Həkimlər ona vaxtında köməklik göstərib və oğlan uşağı dünyaya gəlib.

Xanımın yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşlarının şərəfinə Samir adı qoyulacağını deyiblər. Hazırda ana və övladının vəziyyəti qənaətbəxşdir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort